Peruda silahlı şəxslər qiymətli əşyalar daşıyan yolsuzluq avtomobilinin qarşısını kəsərək onu atəşə tutub.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, cinayətkarlar oğurladıqları yükü götürərək hadisə yerindən qaça biliblər.
Hadisənin şahidləri maskalı yeddi nəfərin tünd rəngli yolsuzluq avtomobilinin qarşısını kəsdiyi anları videoya çəkiblər. Onlar avtomobili mühasirəyə alaraq nəqliyyat vasitəsinə 20-30 dəfə atəş açıblar.