Peruda aşkar edilən və nəsli kəsilmək təhlükəsi altında olan yeni bitki növü argentinalı futbolçu Lionel Messinin şərəfinə "Salvia messii" adlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" internet nəşri məlumat yayıb.
Yeni bitki növü adını Argentina millisinin formasının rənglərini xatırladan açıq mavi və ağ çiçəklərinə görə alıb.

Dəvədabanıkimilər deyil, dalamazkimilər (Lamiaceae) fəsiləsinə aid olan bu bitkinin yarımnövləri antioksidant, iltihabəleyhinə və antiseptik xüsusiyyətləri ilə tanınır.
Qeyd edək ki, hazırda 39 yaşı olan Lionel Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir.
