Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib.
Oxu.Az Yurd.media-ya istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin olunub.
O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.

Qaynar xətt:
(055) 224 12 12