"İnter Mayami"nin hücumçusu Lionel Messinin anası Seliya Mariya Kuççittini İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi Niko Pasa onun Argentina millisində Messinin varisi olduğunu söyləyib.
Oxu.Az bu barədə "Radio La Red"ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Pas Seliya Kuççittinin bu sözlərini eşidəndə çox həyəcanlanıb.
Xatırladaq ki, 39 yaşlı Messi oktyabrın 7-də Argentina millisində vida oyununu keçirib. Argentina yığması Benin millisini 3:0 hesabı ilə məğlub edib. Messi həmin qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
22 yaşlı Niko Pas Kanar adalarında anadan olub. O, İspaniya millisində çıxış etmək hüququna malik olsa da, Argentina yığmasını seçib. Futbolçu bu ölkənin U-20 və U-23 komandalarının da formasını geyinib.
Pas Argentina millisində debütünü 2024-cü il oktyabrın 15-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviyaya qarşı keçirilən oyunda edib. Argentina həmin görüşdə 6:0 hesabı ilə qalib gəlib. Pas isə het-trik edən Messiyə məhsuldar ötürmə verib.