Perunun cənubundakı Puno regionunun Konima şəhərində mer seçkilərinin qalibi sikkə atmaqla müəyyən edilib.
Oxu.Az RPP-yə istinadən xəbər verir ki, "Somos Peru" partiyasının namizədi Ruben Kispe Kapaxanya və "Ölkə Hamı Üçün" partiyasının namizədi Salomino Mamani seçkidə hərəyə 671 səs toplayıblar.
Səslərin sayı bərabər olduğundan qalibi müəyyən etmək üçün sikkə atma mərasimi keçirilib. Nəticədə Ruben Kispe Kapaxanya qalib elan edilib.
Qaynar xətt:
(055) 224 12 12