Abşeronda yoldan çıxaraq aşan avtomobil yanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Bu zaman avtomobil qəfil alışıb.
Hadisə nəticəsində ciddi xəsarət alanların olmadığı bildirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.
Avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12