Samuxda avtomobilər toqquşub, 4 nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, Samux rayonunda VAZ və "Fiat" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində, 1984-cü il təvəllüdlü C.Məmmədhəsənov, 2019-cu il təvəllüdlü F.Əhmədov, 2023-cü il təvəllüdlü N.Əhmədova və 1965-ci il təvəllüdlü M.Məmmədhəsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12