Bakıda 67 yaşlı qadın itkin düşüb.
Bu barədə Oxu.Az-a qadının qızı Afət Rüstəmova məlumat verib.
Belə ki, Ağdam rayon sakini, hazırda Bakı şəhərinin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan Ağgül Əziz qızı Rüstəmova noyabrın 18-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının bildirdiyinə görə, itkin düşən qadının yaddaş problemi var. Evindən çıxarkən əynində qara kofta və qara şalvar olub.
Qadını görən və ya harada olduğu barədə məlumatı olan şəxslərdən "102" xidmətinə məlumat vermələri xahiş edilir.
Qeyd edək ki, təxminən 1 ay öncə də Zaqatalada 80 yaşlı kişi itkin düşüb.
İqbal Ziya