Hondurasda sərnişin avtobusunun pikapla toqquşduqdan sonra dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb, 28 nəfər yaralanıb.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında avtobusun sürücüsü, üç kişi və beş qadın var.
Xilasedicilərdən birinin sözlərinə görə, avtobus dərəyə aşarkən bəzi sərnişinlər nəqliyyat vasitəsindən kənara düşüblər.
"Transporte Carolina" şirkətinə məxsus avtobus ölkənin paytaxtı Tequsiqalpadan təxminən 170 kilometr qərbdə yerləşən La-Esperansa şəhərinə hərəkət edirmiş.
Qəza Komayaqua departamentində magistral yolun kəskin döngələri olan hissəsində baş verib. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.