İranda bir alıcının cəmi üç məhsula - pomidor, pendir və saqqıza görə nağd ödəniş etdiyi anlar lentə alınıb.
Oxu.Az xəbər verir ki, görüntülər "Azad İran" "Telegram" kanalında paylaşılıb.
Müştəri aldığı məhsulların müqabilində satıcıya xeyli pul ödəyib.
Əsginasların çoxluğu səbəbindən pul tərəzinin üzərinə qoyularaq çəkilib. Pulun ümumi çəkisi təxminən iki kiloqram təşkil edib.
Qaynar xətt:
(055) 224 12 12