Türkiyədə "TikTok" canlı yayımında "Məni həbs edəcək heç bir dövlət tanımıram" deyən şəxs səhər saatlarında keçirilən əməliyyat nəticəsində saxlanılaraq həbs edilib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən məlumat verir.


Qeyd edilib ki, Mehmet Uğur Yumuşak adlı şəxs "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq, Türkiyə dövlətinə, dövlət qurumlarına, Türkiyə Polis Təşkilatına və şəhidlərə qarşı təhqiramiz ifadələr işlədib.
Mehmet Uğur Yumuşak Hatay Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və onun bir cinsi təcavüz və iki təhdid-təhqir xarakterli olmaqla, ümumilikdə 3 cinayət qeydinin olduğu üzə çıxıb.
Şübhəli şəxsə qarşı məhkəmə prosedurları başlanılıb.
Videogörüntülərdə şübhəli bir müddət əvvəl helikopter qəzasında şəhid olan beş hərbçiyə qarşı söyüş söyüb.
"Məni həbs edin də, gəlin, məni həbs edəcək heç bir dövlət tanımıram", - deyə o bildirib.