Bakının Yasamal rayonunda valideynlərinin evindən qızıl-zinət əşyaları və nağd pul oğurlayan şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən M.Kazımlı yaxalanıb.
O, əvvəlcə valideynlərinə məxsus 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub və pul əldə edib. M.Kazımlı bununla kifayətlənməyərək, evdən 2000 manat nağd pul və Nəsimi rayonu ərazisində motosikletdən iki ədəd dəyəri 500 manat olan dəbilqə oğurlayıb.
Faktlarla bağlı araşdırma aparılır.