Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib.
Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlak talayıb. Oğurladığı əşyaları satdığı müəyyən edilən, əvvəllər məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Digər fakt üzrə marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polisin keçirdiyi tədbirlərlə yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.