Cəlilabad rayonunda yaşayan İkinci Dünya müharibəsinin iştirakçısı Əbiş İbiş oğlu Zamanov vəfat edib.
Oxu.Az xəbər verir ki, o, bu gün 103 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əbiş Zamanov 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub. O, 1942-ci ildə cəbhəyə yollanıb. 1944-cü ilin yanvarında döyüş zamanı ağır güllə yarası alaraq bir gündən artıq huşsuz vəziyyətdə qarın altında qalsa da, sağ qalmağı bacarıb.
Müharibədən sonra doğma yurduna qayıdan veteran ailə həyatı qurub. Onun beş övladı, ondan çox nəvə və nəticəsi var. Mərhum doğulduğu kənddə dəfn olunacaq.
Xatırladaq ki, Əbiş Zamanov Cəlilabaddan İkinci Dünya müharibəsində iştirak edənlər arasında indiyədək sağ qalan sonuncu şəxs idi.
İqbal Ziya