Perunun koka bitkisi yetişdirilən bölgəsində hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində səkkiz əsgər həlak olub, bir hərbçi isə ağır yaralanıb.
Oxu.Az-ın RG.ru-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təyyarə Apurimak, Ene və Mantaro çayları arasındakı cənub-şərqi VRAEM regionunda ucqar vadidə patrul xidməti üçün xilasetmə missiyasında iştirak edirmiş.
Helikopterdəki 9 hərbi qullquçudan 8-i ölü tapılıb. Axtarış-xilasetmə əməliyyatları nəticəsində komandir Enso Espinosa Roke - pilot və yeganə sağ qalan insan ixtisaslaşmış tibbi yardım üçün Limaya təxliyə edilib.
VRAEM Peruda koka yetişdirilən ən böyük bölgədir və BMT-nin məlumatına görə, dünyada kokain və kokain yarpaqlarının aparıcı istehsalçılarından biridir.