Joze Mourinyo İspaniya La Liqasında 15 ildən sonra ilk dəfə "Santyaqo Bernabeu"da məğlubiyyət yaşayıb.
Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, bu, İspaniya La Liqasının XIV turunda "Real Madrid"in doğma meydanda "Alaves"ə 1:2 hesabı ilə uduzması ilə mümkün olub.
Joze Mourinyo sonuncu dəfə 2011-ci il dekabrın 10-da İspaniya çempionatı çərçivəsində "Santyaqo Bernabeu"da məğlubiyyətlə üzləşmişdi. Həmin vaxt Madrid klubu "Barselona"ya 1:3 hesabı ilə uduzmuşdu.
"Alaves" isə tarixində üçüncü dəfə La Liqada səfərdə "Real Madrid" üzərində qələbə qazanıb.
Maraqlıdır ki, komandanın əvvəlki səfər qələbəsi də noyabrın 28-də qeydə alınıb. 2020-ci ildə baş tutan həmin qarşılaşma da 2:1 hesabı ilə başa çatıb. "Alaves" ilk dəfə isə 2000-ci ilin mayında Madrid təmsilçisini səfərdə 1:0 hesabı ilə məğlub edib.