"Sabah" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi XIII turda "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah"ın heyətində 18-ci dəqiqədə Coy-Lens Mikels, 68-ci dəqiqədə isə Ksander Severina fərqləniblər.
Günün ilk görüşündə "Turan Tovuz" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"yə (3:1), "Neftçi" isə doğma meydanda "Zirə"yə (1:0) qalib gəlib.
Misli Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.