Bakıda kafedə kütləvi dava olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki kafelərdən birində baş verib. Hadisə zamanı davada iştirak edən şəhər sakini, 1972-ci il təvəllüdlü Tofiq Məmmədov və onun oğlu bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12