Abşeron rayonunda kişi qonaq getdiyi evdə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Novxanı qəsəbəsində baş verib. Cəbrayıl rayon sakini, 1962-ci il təvəllüdlü Kamal Hümbət oğlu Qarayev qaynı Azər Oruc oğlu Hacıyevə məxsus evdə infarkt keçirərək ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12