1995-ci ildə Goranboy şəhərində anadan olub. 2018-ci ildə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyasi fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Fed.az", "Modern.az", "Mediapost", "TopXeberAz", "Qafqazinfo" saytlarında müxbir/veb-redaktor, Bütöv Azərbaycan qəzetində redaktor müavini, İxtisaslaşmış Hərbi Jurnalistlər İB-də mətbuat katibi, TNS TV-də redaktor işləyib. Azərbaycanda ilk qadın mətbu orqanı olan "İşıq" jurnalında yazılarla çıxış edir. Konflikt Jurnalistikası sahəsində Müdafiə Nazirliyinin 2 dəfə ekstremal jurnalist diplomu ilə təltif edilib.