Samux rayonunda 35 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 12-si saat 1 radələrində rayonun Kolayır kəndində baş verib.
Burunqovaq kənd sakini, 1991-ci il təvəllüdlü Famil Oruc oğlu Məmmədovun nəşi Kolayır kəndində evlərdən birində aşkarlanıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12