Moskvada Türkiyə səfirliyinin binasında yanğın baş verib. Hadisə zamanı binadan 20 nəfər təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hadisə 7-ci Rostov döngəsində baş verib. Yanğın binanın diplomatik nümayəndəliyin əməkdaşları üçün nəzərdə tutulan mənzillərin yerləşdiyi ikinci mərtəbəsində başlayıb. İlkin məlumata əsasən, otaqlardan birində mebel yanıb.
Yanğınla əlaqədar binadan ümumilikdə 20 nəfər təxliyə olunub.