Rusiya estrada musiqisinin ulduzu Alla Puqaçova Türkiyədə solo konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə prodüser Andrey Razin "Instagram" hesabında məlumat verib.
Onun sözlərinə görə, sənətçinin yaradıcılıq gecəsi 2027-ci il mayın 1-də İstanbuldakı "Çırağan Palace Kempinski" hotelində keçiriləcək. Tədbir təxminən bir saat yarım davam edəcək.
Prodüser konsertə biletin qiymətinin 6 000 avro (təxminən 11 200 manat) olacağını bildirib.
Xatırladaq ki, Alla Puqaçova 2022-ci ildə həyat yoldaşı Maksim Qalkindən sonra övladları ilə birlikdə Rusiyanı tərk edib. Cütlük əvvəlcə İsraildə yaşayıb, daha sonra Kiprə köçüb. Hazırda onlar Limassolda villa kirayələyirlər.