Rusiyanın Xalq artisti Filipp Kirkorov övladlarının gələcəyini düşündüyü üçün işinə ara verə bilmədiyini açıqlayıb.
Oxu.Az bu barədə "Voice" nəşrinə istinadən xəbər verir.
Sənətçi qeyd edib ki, varislərini elə təmin etmək istəyir ki, nəsə baş verərsə, onlar ilk 2-3 ili onun dəstəyi olmadan rahat yaşaya bilsinlər. Bununla yanaşı, müğənni ehtimal olunan qəyyumların adlarını açıqlamaqdan imtina edib.
"Vəsiyyətnamə elə ona görədir ki, hamı üçün sürpriz olsun. Bəlkə də heç nə qoyub getməyəcəyəm. Bəs sabah məni öldürsələr?! Məhz buna görə də indi düşünürəm ki, kənara nəsə qoymaq lazımdır", - deyə ifaçı bildirib.
Qeyd edək ki, Kirkorov surroqat ana tərəfindən dünyaya gətirilən iki övlad böyüdür. Müğənni bu barədə açıq danışsa da, həmin qadının adını gizli saxlamağa qərar verib.
Sənətçi etiraf edib ki, bu sirrin heç vaxt açılmaması üçün kifayət qədər məbləğ ödəyib.
İfaçı müsahibələrində dəfələrlə bildirib ki, qızına sevimli qadınlarının - keçmiş həyat yoldaşı Alla Puqaçovanın və anası Viktoriya Markovnanın şərəfinə qoşa ad verib. Sənətçinin sözlərinə görə, oğlu Martindən fərqli olaraq, qızının mürəkkəb xarakteri var və o, qastrol səfərlərində olarkən evdə hər kəsi idarə edir.