Rusiyalı pop ulduz Filipp Kirkorov ömrünün son illəri ilə bağlı ən böyük arzusunu açıqlayıb. Müğənni ahıl yaşda, firavanlıq və rahatlıq içində dünyasını dəyişmək istədiyini bildirib.
Oxu.Az KP.ru-ya istinadən xəbər verir ki, bu barədə Nikolay Baskov yubiley tədbirində səhnədən danışıb.
Baskov Kremldə Kirkorovla aralarında baş tutan söhbəti xatırladıb. Onun sözlərinə görə, dostundan ən böyük arzusunun nə olduğunu soruşub.
"Ən böyük arzum ahıl yaşda, firavanlıq içində dünyadan köçməkdir", - deyə Kirkorov cavab verib.
Daha sonra Kirkorov Baskovdan onun ən gizli arzusunu soruşub. Müğənni isə "Bunu görmək" cavabını verərək zalda gülüşə səbəb olub.
Tədbirdə Kirkorov və Baskov məşhur "İbiza" duetini ifa ediblər. Kirkorov yubilyara hədiyyə verməkdən imtina edib. O, bunu Baskovun mövhumatlarına hörmətlə yanaşması ilə izah edib və zarafatla özünün ən yaxşı hədiyyə olduğunu bildirib.
Müğənni dostuna hədiyyə seçimini Baskov yeddiotaqlı bağ evinə köçdükdən sonraya saxlayıb.