Türkiyədə məşhurlara qarşı aparılan narkotik işi üzrə istintaq çərçivəsində dünyaca məşhur DJ və musiqi prodüseri Burak Yeter saxlanılıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Xatırladaq ki, ötən gün İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik işi üzrə istintaq çərçivəsində 24 şübhəli saxlanılaraq məhkəməyə aparılmışdı. Beləliklə, istintaq çərçivəsində saxlanılanların ümumi sayı 25-ə çatıb.
Qaynar xətt:
(055) 224 12 12