Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən iki ədəd boyunbağı aşkarlanıb.
Məlum olub ki, zinət əşyaları 750 əyarlı 79.27 qram qızıl və 57.779 karat brilyantdan hazırlanıb. Onların ümumi dəyəri 166 min 610 manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
