Bakı şəhəri, Nizami rayonunda piyada keçidində xətlərin silinməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, onlar Özbəkistan küçəsində, 32 və 12 nömrəli məktəblərə gedən istiqamətdə piyada keçidinin xətlərinin silindiyini bildiriblər.
Qeyd ediblər ki, bu səbəbdən sürücülər piyadalara yol vermirlər. Bu isə xüsusilə məktəbə gedən uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə baxış keçiriləcək, müvafiq tədbirlər görüləcək.