Füzuli rayonunun Bala Bəhmənli kəndində yanğınsöndürmə idarəsinin yaxınlığında yerləşən yaşayış ərazisində yolların yararsız vəziyyəti sakinlərdə narazılıq yaradıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Şikayətçinin sözlərinə görə, yol yağışlı havalarda keçilməz vəziyyətə düşür. Ərazidə yaranmış dərin palçıq və gölməçələrə görə nəqliyyat vasitələrinin hərəkəti çətinləşir, piyadalar ciddi problemlərlə üzləşirlər.
"Yolun bərbad durumu səbəbindən uşaqlar məktəbə gedə bilmir, yaşlı insanlar isə evdən çıxmaqda çətinlik çəkirlər. Əraziyə maşın çağırmaq müşkül məsələdir. Yolun vəziyyətinə görə sürücülər həmin ünvana getmək istəmirlər", -deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.