Sahibkar İlon Mask ABŞ-də hər bir uşağın "SpaceX" aerokosmik şirkətinin iki səhminə sahib olacağını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə iş adamı sosial şəbəkə hesabında məlumat paylaşıb:
"ABŞ-də hər uşaq "SpaceX"in iki səhmini əldə edəcək: birini şirkətdən, digərini isə şəxsən məndən".
Oktyabr ayında milyarder 2027-ci ildə Birləşmiş Ştatlardakı hər bir uşağa şirkətin bir səhmini hədiyyə edəcəyinə söz vermişdi.
Qeyd edək ki, Mask "SpaceX"in təxminən 4.8 milyard səhminə malikdir. 1 iyul 2025-ci il tarixinə olan statistikaya görə isə ölkədə 18 yaşdan aşağı uşaqların sayı 72 milyon nəfər təşkil edib.