ABŞ Federal Rabitə Komissiyası (FCC) "SpaceX" şirkətinə "Starmind" data mərkəzləri şəbəkəsi yaratmaq məqsədilə kosmosa bir milyon peyk göndərməyə icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidməti qurumun rəsmi saytında məlumat yayıb.
"Bu gün FCC ABŞ tarixində ilk dəfə olaraq kosmosda data mərkəzləri şəbəkəsinin yaradılmasına icazə verib. ABŞ-nin superintellekt sahəsində inkişafında dönüş nöqtəsi olan bu məqamda FCC "SpaceX" şirkətinə Yer kürəsində istifadə olunacaq böyük həcmdə məlumatların emalı üçün orbitə bir milyon hesablama modulunun yerləşdirilməsinə icazə verir", - deyə komissiyanın bəyanatında bildirilib.
Komissiya "SpaceX"ə "Starmind" sisteminin bütün peyklərinin ehtiyat və fövqəladə telemetriyası, izlənməsi və idarə olunması üçün radiotezlik rabitə kanallarından istifadə etməyə də icazə verib.