Rusiyanın paytaxtı Moskvada çoxfunksiyalı beşulduzlu "Rossiya" hotel kompleksinin açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva meriyasının rəsmi saytında məlumat verilib.
Hotel kompleksinin ümumi sahəsi 64 min kvadratmetrdir. Binada səkkiz yerüstü və üç yeraltı mərtəbə var. Kompleksdə ümumilikdə 151 hotel nömrəsi mövcuddur.
Kompleksin tikintisini həyata keçirən "Kiyevskaya ploşad" şirkətlər qrupunun həmtəsisçisi və iş adamı Qod Nisanov bildirib ki, 1930-cu illərdə itirilmiş tarixi fasadları bərpa etmək mümkün olub.
Onun sözlərinə görə, hotelin əsas xüsusiyyətlərindən biri 6.5 min kvadratmetrdən çox sahəsi olan böyük spa mərkəzidir. Burada müasir avadanlıqlarla təchiz edilmiş tibb klinikası da fəaliyyət göstərəcək.