Noyabrın 25-də ikinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan və Özbəkistan parlamentləri arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027-2028-ci illər üçün praktiki tədbirlər planı"nın ("Yol xəritəsi") imzalanması mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
Bildirilib ki, "Yol xəritəsi" iki ölkənin qanunverici orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini, qanunvericilik fəaliyyəti, habelə parlament diplomatiyası və digər prioritet istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.