"Baş nazir mənə bu səfərdən konkret nəticələrlə qayıtmaq və hədəflədiyimiz istiqamətlərdə səylərimizi əlaqələndirmək tapşırığı verib".
Oxu.Az-ın məlumatına görə, bunu Litva xarici işlər naziri (XİN) Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, hazırda bunun üzərində çalışırlar:
"Münasibətlərimizin və təmaslarımızın intensivləşdiyi bir dövrdəyik. Biz yalnız beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşməmişik, eyni zamanda ölkələrimizin liderləri arasında da intensiv təmaslar mövcuddur".