"Azərbaycan enerji və nəqliyyat sahəsində əsas əlaqələndirici ölkə kimi rolunu təsdiqləyib".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən, yükləri Avropaya daşıyan və Avropa İttifaqına, o cümlədən Litvaya Rusiyadan idxalı şaxələndirməyə kömək edən əsas ölkə olduğu əvvəldən bəlli idi və bu gün də öz təsdiqini tapıb:
"Bu prosesin digər tərəfi onun istehsalçı ölkələrə və enerji geosiyasətinin yeni əsas iştirakçılarına təsiri ilə bağlı olub. Belə ki, bu ölkələrin güclənəcəyini proqnozlaşdıranlarla yanaşı, onların müstəqil inkişaf imkanlarını məhdudlaşdırmaq istəyən digər aktorların ciddi təzyiqləri ilə üzləşə biləcəklərini düşünənlər də var idi. Azərbaycan mümkün olan ən yaxşı ssenarinin reallaşdığını nümayiş etdirib. Ölkə bu gün güclü, öz imkanlarına arxalanan, Avropa və digər tərəflərlə yaxşı tərəfdaşlıq münasibətlərinə malik, prosesləri strateji baxımdan aydın dərk edən və zəngin təcrübəyə sahib dövlət kimi xarakterizə olunur. Bu da onu digər dövlətlər üçün çox yaxşı tərəfdaşa çevirir".