ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) İdarəsinin əməkdaşları ötən həftə Massaçusets ştatının lotereyasında 1 milyon dollar məbləğində uduş əldə edən salvadorlu qeyri-qanuni miqrantı Bostonda saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalının əməkdaşı Bill Meluqin sosial şəbəkə hesabında yazıb.
Saxlanılan şəxsin 2014-cü ilin aprel ayından etibarən barəsində deportasiya qərarı qüvvədə olan Ariel Antonio Velaskes-Morales olduğu müəyyənləşib.
O, ilk dəfə 2013-cü ildə Texas ştatının Roma şəhəri yaxınlığında ABŞ sərhədini qanunsuz şəkildə keçib.