"Neuralink" şirkətinin klinik sınaqlarında iştirak edən şəxs beyin implantının köməyi ilə "GTA VI" videooyununu oynayıb.
Oxu.Az xəbər verir ki, sahibkar İlon Maskın təsis etdiyi neyrotexnologiya şirkəti "X" sosial şəbəkəsində sınaq prosesinin videosunu yayımlayaraq bu barədə məlumat verib.
Paylaşılan görüntülərdə həmin kişinin müxtəlif nəqliyyat vasitələrini idarə etdiyi, atışma və əlbəyaxa döyüş səhnələrində iştirakı əks olunur.
Sınaq iştirakçısının sözlərinə görə, o, oyun personajını idarə etmək üçün əsasən adsız barmağını yüngülcə vurur. "Qeympad"ın əlavə düymələrindən isə xəstə ayaq hərəkətləri vasitəsilə istifadə edə bilib.