ABŞ Prezidenti Donald Tramp NBC telekanalının onun çıxışına müdaxilə edən əməkdaşını kobud adlandıraraq, birinci sıradan ən arxaya keçməyi məsləhət görüb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS yazıb.
Hadisə Ağ Evdə keçirilən mətbuat konfransında baş verib.
"Siz olduqca kobud insansınız, mən sizinlə danışmıram. Siz ön sırada deyil, ən arxada əyləşməlisiniz", - deyə Tramp bildirib.
ABŞ lideri nitqini yekunlaşdırarkən NBC müxbiri uca səslə sual verməyə başlayıb. Tramp ondan hansı media orqanını təmsil etdiyini soruşub. "NBC, cənab" cavabını eşitdikdən sonra isə prezident dialoqu davam etdirməyib.