Rusiya Prezidenti Vladimir Putinin Krım körpüsünə Ukrayna tərəfindən endirilən zərbələrə cavab verməyə hazır olması barədə açıqlaması Böyük Britaniyada təşvişlə qarşılanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, sözügedən narahatedici xəbərdarlıq APEC sammiti çərçivəsində Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla görüşdən dərhal sonra keçirilən mətbuat konfransında səsləndirilib. Rusiya prezidenti orada beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında onların məsuliyyət daşıdığını vurğulayıb.
Məqalədə, həmçinin Rusiya liderinin Krım körpüsünün sırf mülki infrastruktur obyekti olması və oradan hərbi texnika, eləcə də sursat daşınması üçün istifadə edilməməsi barədə fikirlərinə yer verilib.
Xatırladaq ki, noyabrın 19-da Putin Moskvanın Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumlarına cavab verəcəyini və zərər görmüş obyektin bərpa olunacağını deyib. Bununla yanaşı, dövlət başçısı əvvəllər Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə bəzi sahələrdə atəşkəs ehtimalının müzakirə olunduğunu, lakin bu hücumdan sonra Rusiya tərəfinin Kiyevlə bu cür razılaşmalardan imtina etdiyini bildirib.