ABŞ Hərb Nazirliyi (Pentaqon) noyabrın 20-də naməlum anomal hadisələrlə bağlı məxfiliyi ləğv edilmiş materialların yeni hissəsini, o cümlədən naməlum uçan obyektlərin (UNO) görüntülərini yayımlayıb.
Oxu.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, videolardan birində Yaxın Şərqdə qeydə alındığı bildirilən naməlum obyektin gəminin yaxınlığından uçduğu görünür.
Gəminin tanker və ya təyyarədaşıyan gəmiyə bənzədiyi qeyd olunur. Pentaqon obyektin 2020-ci ildə Yaxın Şərqdə qeydə alındığını açıqlasa da, hadisənin dəqiq yerini göstərməyib.
Digər videonun isə ABŞ rəsmilərinin məlumatına görə, 2026-cı ilin yanvarında, yenə Yaxın Şərqdə çəkildiyi bildirilir. Təxminən bir dəqiqəlik görüntülərdə hərəkət edən bir neçə naməlum obyekt müşahidə olunur. Onların, ehtimal ki, su səthi üzərində hərəkət etdiyi qeyd edilir.
ABŞ hakimiyyəti may ayından etibarən Prezident Donald Trampın vəd etdiyi UNO-larla bağlı sənədləri dərc etməyə başlayıb. İndiyədək onlarla foto, video və şahid ifadəsi ictimaiyyətə açıqlanıb.
Pentaqon UNO-larla bağlı yeni sənədlərin bir neçə həftədən bir dərc olunacağını bildirib.