"Biz böyük sənətkarı, həm də savadlı pedaqoqu itirmişik".
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq artisti Elmira Şabanova ilə vida mərasimində deyib.
Nazir müavini bildirib ki, hər insana gözəl pedaqoq olmaq nəsib olmur:
"O, istedadlı gənclərə dərs deyib. Fiziki bizimlə olmasa da, onun əziz xatirəsi həmişə yaşayacaq. Elmira xanımın həyat yoldaşı da gözəl rejissor idi. Övladları həm Azərbaycanda, həm də xarici ölkələrdə uğurlara imza atan şəxslərdir. Dövlət tərəfindən Elmira Şabanova həmişə diqqət və qayğı ilə əhatə olunub. Allah ona rəhmət eləsin".