Rusiyanı tərk edən tanınmış müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" brendinin hüquqlarını itirib.
Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, həmin ticarət nişanı altında şirniyyat, zərgərlik məmulatları, alkoqollu içkilər, tütün məmulatları, çap nəşrləri və digər məhsullar istehsal oluna bilərdi.
Xatırladaq ki, hələ 2020-ci ildə Puqaçova Yeni Urenqoydan olan qənnadıçı Kristina Martirosyanla bu brend uğrunda təxminən altı ay mübarizə aparmışdı. Qənnadıçı öz tortlarını məhz öz adıyla satmaq istəyirdi. Həmin vaxt pop ulduzu məhkəmədə uduzmuş və Martirosyana özünün "Kristina" brendini yaratmağa icazə verilmişdi.
Qeyd edək ki, avqust ayında ifaçı həmçinin "Baronessa fon Orbah" brendindən də məhrum olub. Lakin o, hələlik "Alla" ticarət nişanı üzərində hüquqlarını qoruyub saxlayır.