Bu gün İsveçrədə ölkədə istehsal olunan silahların ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı referendum keçirilir. Təklif olunan qanun dəyişiklikləri ölkənin ənənəvi neytrallıq siyasətinə təsir edə bilər.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, dəyişikliklər qəbul olunarsa, İsveçrə hərbi münaqişələrdə iştirak edəcəkləri təqdirdə belə, 36 Qərb ölkəsinə silah ixrac edə biləcək.
Bundan əlavə, ölkə hökuməti silahların sonradan başqa ölkələrə təkrar ixracı üçün Bernin icazəsinin alınması tələbini də ləğv edə biləcək. Bununla belə, Ukraynaya silahların birbaşa və dolayı yolla tədarükünə qoyulan qadağa qüvvədə qalacaq.
Dəyişiklikləri dəstəkləyənlər hesab edirlər ki, yeni qaydalar İsveçrənin müdafiə sənayesinin rəqabət qabiliyyətini artıracaq. Əleyhdarlar isə bu addımın onilliklər ərzində formalaşmış neytrallıq prinsiplərini təhlükə altına ata biləcəyindən narahatdırlar.