Türkiyənin Rize vilayətində naməlum pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində dörd yaşayış evinin pəncərələri zədələnib.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə gecə saatlarında Çayeli rayonunun Köprübaşı kəndində baş verib. Yerli sakinlər yaxınlaşan uçuş aparatının pər səsini eşidiblər. Aparat yaşayış olmayan əraziyə düşərək partlayıb.
Hadisə yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə 02:30) baş verib və sakinlər arasında təşvişə səbəb olub. Partlayış nəticəsində dörd yaşayış evinin bir neçə pəncərəsinin şüşələri sınıb.
Hadisə yerində aparatın qanad və gövdə qalıqları aşkarlanaraq ekspertizaya göndərilib.