Samuxda uşaq bağçasının qazı kəsilib.
Oxu.Az-ın məlumatına görə, rayonun İnstitut qəsəbəsində yerləşən uşaq bağçasının qazsız qalmasına səbəb istifadəyə görə yaranmış borcun ödənilməməsi olub.
Müəssisədə təlim-tərbiyə alan uşaqların valideynləri vəziyyətdən şikayətçi olduqlarını, soyuq havada övladlarının sağlamlığından narahatlıq keçirdiklərini bildiriblər.
Qeyd edək ki, adıçəkilən bağçanın əsaslı təmirə də ehtiyacı var. Belə ki, təmirsiz olması səbəbindən binanın yalnız bir neçə otağından istifadə edilir.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.
Yusuf Məmmədli