Ağstafada beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, qəza Ağstafa şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı BMW, "Mercedes" və iki VAZ markalı avtomobil toqquşub.
Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12