Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasının ölkə ərazisində yerləşməsinə ehtiyac olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 29-da İctimai Televiziyanın Birinci Kanalına müsahibəsində danışıb.
"Mən Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişəm. Lakin Rusiya tərəfi bu məsələni qaldırırsa, biz deyirik ki, bazaya ehtiyacımız yoxdur", - deyə o bildirib.
Qaynar xətt:
(055) 224 12 12