"Azərbaycan 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) həmsədri, 2028-ci ildə isə ilk dəfə təşkilatın sədri olacaq".
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan daha əvvəl heç vaxt MDB-yə sədrlik etməyə namizədlik irəli sürməyiblər. Lebedev bunun səbəbini iki ölkə arasındakı fikir ayrılıqları ilə əlaqələndirib.
Baş katib əlavə edib ki, Azərbaycandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin 2029-cu ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bəyan edib.