Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna tarixi hadisə üçün - Estoniya Respublikasının Bakıdakı səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycan paytaxtına gəlib.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazir özünün "X" sosial şəbəkə profilində paylaşım edib.
"Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmi şəkildə açırıq - bu, iki ölkəmiz arasında artan əlaqələri əks etdirən mühüm mərhələdir", - deyə Tsahkna Bakıya enişdən dərhal sonra yazıb.
Just landed in Baku. Today, we officially open Estonia’s Embassy in Azerbaijan, a milestone that reflects the growing ties between our two countries. I look forward to meeting President Aliyev @presidentaz and my good colleague, Foreign Minister @Bayramov_Jeyhun, to discuss how we can deepen our cooperation across various avenues and advance regional and European security.
— Margus Tsahkna (@Tsahkna) November 26, 2026
Səfər çərçivəsində Estoniya diplomatiyasının rəhbəri bir sıra görüşlər keçirməyi planlaşdırır, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq. Gündəlikdə geniş istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi yollarının müzakirəsi, həmçinin regional və Avropa təhlükəsizliyi məsələləri yer alır.