"TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi) müstəqillik dövrümüzün ən iri miqyaslı layihəsidir və biz onun həyata keçirilməsində növbəti əsas mərhələyə qədəm qoyuruq".
Oxu.Az-ın News.am-a istinadən verdiyi məlumata görə, bu barədə noyabrın 26-da Ermənistan hökumətinin iclası zamanı baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, müqavilə imzalanacaq "TRİPP İnkişaf Şirkəti" bir həftə ərzində qeydiyyatdan keçəcək və layihənin praktiki icrasına başlaya biləcək.
Baş nazir xatırladıb ki, noyabrın 23-dən etibarən layihənin reallaşdırılması məqsədilə hazırlıq prosesinə start verilib: dəmir yolu zonasında ərazinin təmizlənməsi həyata keçirilib, tikinti meydançalarının yaradılması üçün işlər görülür, eləcə də avtomobil yollarının, dəmir yollarının və elektrik ötürücü xətlərin layihələndirilməsi aparılır.
"Şirkət qeydiyyata alındıqdan sonra, o, layihənin icrasını bizim çatdığımız yerdən etibarən davam etdirəcək", - deyə Paşinyan vurğulayıb.